Şriftin ölçüsü :

Saytın rəngi :

Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında qarşıya qoyulan vəzifələr Ağsu rayonunda uğurla həll ediləcəkdir

12 yanvar 2018 | 11:00

Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələrin, o cümlədən pambıqçılığın inkişafı, sahibkarlara, fermerlərə göstərilən dövlət dəstəyi ilə bağlı fikirləri ağsulu fermerləri daha böyük uğurlara həvəsləndirib.
  Ağsulu sahibkar Tofiq Abdullayev bununla bağlı deyir ki,  Nazirlər Kabinetinin iclasında Prezidentin qarşıya qoyduğu vəzifələr hər birimiz üçün aydındır. Ölkə iqtisadiyyatını inkişaf etdirmək, insanların sosial rifahını daha da yaxşılaşdırmaq üçün ağsulu fermerlər, sahibkarlar səylə çalışacaqlar. Mən özüm ötən ildən pambıqçılıqla məşğulam. 100 hektardan 200 tondan çox məhsul götürmüşəm. Tarlalarda 50-dən artıq rayon sakini çalışıb. Həmin insanlar əldə etdikləri vəsaitlə sosial güzəranlarını daha da yaxşılaşdırıblar. Bu il isə dövlət dəstəyindən yararlanaraq əkin sahələrini daha 20 hektaradək artırmağı nəzərdə tutmuşam. Bu, eyni zamanda, işçi sayının artırılması deməkdir. Çalışacağıq ki, fəaliyyətimizlə Prezidentin həyata keçirdiyi sosial-iqtisadi siyasətə öz töhfəmizi verək.
  Qeyd olunmalıdır  ki, pambıqçılığın inkişafına göstərilən dövlət dəstəyi rayonda öz müsbət nəticəsini verir. 2017-ci ildə Ağsu rayonunda 2500 hektarda pambıq yetişdirilib ki, bu da inişilkindən iki dəfə çoxdur. Rayon pambıqçıları ötən mövsümə nisbətən 2,7 dəfə çox pambıq təhvil veriblər.

Keçidlər