Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün işlər davam edir

08 yanvar 2018 | 11:00

Ağsu rayonunda heyvandarlıqla məşğul olan fermerlər son illər mal-qaranın cins tərkibinin süni mayalandırma yolu ilə dəyişdirilərək daha məhsuldar heyvanlarla əvəz edilməsində maraqlıdırlar və təsadüfi deyil ki, ötən il də bu istiqamətdə xeyli işlər görülüb.
  Yenicə  yola saldığımız 2017-ci ildə 8 texnik tərəfindən 846 baş inəkdə süni mayalandırma aparılıb, 357 baş cins bala alınıb. Keçən il süni mayalandırma yolu ilə alınan buzovların sayı 2016-ci ildəki göstəricidən 71 baş çoxdur.
  Süni mayalandırma yolu doğulan hər buzov üçün dövlət tərəfindən 100 manat subsudiyanın verilməsi heyvandarlıqda bu işə marağı daha da artırıb.

Keçidlər