Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 32 min 300 hektardan çox sahədə payızlıq taxıl əkilib

04 yanvar 2018 | 11:00

Ağsu rayonunda 2018-ci ilin məhsulu üçün payızlıq taxıl səpini kampaniyası başa çatıb.  Cari  mövsümdə bölgədə 32 min 324 hektar sahədə taxıl əkilib. Əkilən sahələrin 16 min 427 hektarı buğda, 15 min 897 hektarı isə arpadır.
   Səpin kampaniyasında 120-dən çox texnikanın qüvvəsindən istifadə olunub. Rayonun iri taxılçılıq təsərrüfatları olan Kəndoba, Bozavand, Qaraqoyunlu, Çaparlı və bir sıra digər ərazi vahidlərində əkin kampaniyası daha mütəşəkkil aparılıb.
   Erkən səpin aparılan ərazilərdə artıq normal çıxış alınıb. Bu ərazilər ümumi əkin sahələrinin 85 faizdən çoxunu təşkil edir. Hazırda həmin yerlərdə zərərvericilərə qarşı mübarizə tədbirləri görülür.

Keçidlər