Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanda Erkən Müdaxilə və Müəyyənləşdirmə xidmətinin təşkili” layihəsi çərçivəsində Ağsu rayonunda icma görüşü keçirilib

28 dekabr 2017 | 11:00

Rayon icra hakimiyyətinin və “Azərbaycanda Erkən Müdaxilə və Müəyyənləşdirmə xidmətinin təşkili” layihəsi çərçivəsində  Azərbaycana Birgə Yardım Təşkilatının   təşkilatçılığı ilə Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilən tədbirdə  səsləndirilib ki, hər il minlərlə uşaq müxtəlif problemlərlə doğulur. Bu problemləri aradan qaldırmaq üçün müdaxilə nə qədər tez başlasa bir o qədər səmərəli olur. Erkən müəyyənləşdirmə və müdaxilənin uğurlu olması bir çox hallarda valideynlərlə mütəxəssislərin birgə işindən asılıdır.
  Tədbirdə səsləndirilib ki, hər il minlərlə uşaq müxtəlif problemlərlə doğulur. Bu problemləri aradan qaldırmaq üçün müdaxilə nə qədər tez başlasa bir o qədər səmərəli olur. Erkən müəyyənləşdirmə və müdaxilənin uğurlu olması bir çox hallarda valideynlərlə mütəxəssislərin birgə işindən asılıdır.
   Layihənin koordinatoru Yelena İsrafilova çıxış edərək həyata keçirilən tədbirlərdən, görüləcək işlərdən danışıb. Bildirib ki, Cənubi Qafqaz Boru Kəməri, BP və tərəfdaş şirkətlərin maliyyə dəstəyi ilə UAFA təşkilatı 2016-cı ilin iyun ayından uşaqlarda ilkin əlilliyin qarşısını almaq məqsədilə boru kəmərinin keçdiyi 10 rayonu əhatə edən “Azərbaycanda Erkən Müdaxilə və Müəyyənləşdirmə xidmətinin təşkili” layihəsini həyata keçirir. Bu ilin dekabr ayından etibarən layihənin ikinci mərhələsinə başlanılıb ki, bu mərhələdə həmin xidmətlər 3 regionda – Ağsu, Şirvan və Qobustanda həyata keçiriləcək.
   Y.İsrafilova vurğulayıb ki, layihə çərçivəsində Ağsu rayonunda yaşayan 0-3; 0-6 yaş arası uşaqlarda inkişaf probleminin mümkün qədər tez aşkara çıxarılması və müdaxilə edilməsi məqsədilə regional mərkəzlərdə fəaliyyət göstərəcək işçilər, tibb işçiləri təlimatlandırılır, habelə valideynlər və yerli əhali erkən müdaxilə sahəsində maarifləndirilməlidir.
İcma görüşündə müvafiq strukturlara məktəbəqədər təhsil qruplarının yaradılması, ixtisaslara uyğun namizədlərin seçilməsi və onlarla müsahibələrin aparılması, kəndlərdə ictimai binalarda otaqların ayrılması və sair məsələlərlə əlaqədar konkret tapşırıqlar verilib.

  Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


 

Keçidlər