Şriftin ölçüsü :

Saytın rəngi :

“Bizə qoşul və xilas et!” məktəblərarası əməkdaşlıq layihəsi yekunlaşdırılıb

09 dekabr 2017 | 11:00

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsi”ndə qalib gəlmiş “Bizə qoşul və xilas et!” məktəblərarası əməkdaşlıq layihəsinin yekunu olaraq 9 dekabr 2017-ci il tarixində Ağsu rayonu Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
   Tədbirdə Ağsu rayon İcra Hakimiyyətinin,   rayon Təhsil Şöbəsinin,  Heydər Əliyev Mərkəzinin əməkdaşları və layihənin başlanmasında cəlb edilmiş könüllü müəllimlər iştirak ediblər.
   Tədbiri giriş nitqi ilə açan layihə rəhbəri, Ağsu rayonu Kəndoba kənd tam orta məktəbinin müəllimi Ziba Məmmədova iştirakçılara mövzu ilə bağlı ətraflı məlumatlar verərək  görülən işlərdən və əldə edilən uğurlardan danışıb. O, layihənin əsas məqsədini vurğulayaraq bildirib ki, “Erkən evlilik adlı bəşəri bəla ilə mübarizəni bir pedaqoji kadr olaraq öz borcumuz bilirik. Sözügedən mövzu ilə əlaqədar rayonumuzun bir neçə ümumtəhsil məktəbində maarifləndirici təlimlər həyata keçirdik.
   Layihənin icra müddəti 3 ayı əhatə edib. Sentyabr ayında   başlayıb və dekabr ayında  yekunlaşdırılıb. Oktyabrın 20-də Ağsu rayonu Heydər Əliyev Mərkəzində “Bizə qoşul və xilas et! layihəsinin təqdimat mərasimi və məktəbliləri maarifləndirəcək könüllü müəllimlərin seçim turu keçirilib. Noyabr ayının 10- da Ağsu rayonu Kəndoba kənd tam orta məktəbində, 15-də Ağsu rayonu Gəgəli kənd tam orta məktəbində, 24-də Ağsu şəhər bir nömrəli məktəb liseydə, dekabr ayının 1-də isə Ağsu şəhər 3 nömrəli tam orta məktəbində mövzu ilə əlaqədar maarifləndirici təlimlər keçirilib. Seçim turunda 20 nəfər müəllim iştirak edib. Həmin müəllimlər də öz dərs dedikləri orta məktəblərdə mövzu ilə əlaqədar kiçik seminarlar keçiriblər. Ümumilikdə isə layihədə 300-ə qədər məktəblinin iştirakı, bukletlər vasitəsi ilə 1500-ə qədər məktəbli maarifləndirilməsi həyata keçirilib.
   Vurğulanıb ki, layihənin təqdimat mərasimində seçilən və könüllü olaraq layihənin icrasında dəstək olan  müəllimlərin bu işdə əvəzsiz rolu vardır. Layihənin həyata keçirilməsinə    Təhsil Nazirliyi, Ağsu rayon İcra Hakimiyyəti, rayon Təhsil şöbəsi və təlimlər keçirilən məktəb rəhbərləri təşkilati dəstək göstəriblər.   
   Tədbir çay süfrəsi ilə yekunlaşıb.

Keçidlər