Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon məktəbliləri arasında şahmat idman növü üzrə rayon birinciliyi keçirilib

08 dekabr 2017 | 11:00

Ümummilli Lider Heydər Əliyevin anım günü  ilə əlaqədar 07-08 dekabr 2017-ci il tarixlərdə Ağsu rayon Gənclər və İdman İdarəsi,  Təhsil şöbəsi, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı   rayon komitəsi  və   Uşaq-Gənlər İdman-Şahmat Məktəbi  tərəfindən məktəblilər arasında şahmat idman növü üzrə rayon birinciliyi keçirilib. 
   Uşaq-Gənclər İdman-Şahmat məktəbində  keçirilən yarışın əsas  məqsədi Ümummilli Lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, yeniyetmə idmançılara Ulu Öndərin   idmanın inkişafında əvəzsiz rolunu təbliğ etmək və şahmatçıların təsnifat dərəcələrini artırmaq olub. Dairəvi  sistem üzrə keçirilən yarışda  10 və 16 yaşadək olan qruplarda  53 nəfər məktəbli  iştirak edib.   
   Hər iki yaş qrupunda I, II və III yerlərə layiq görülən şahmatçılara   Gənclər və İdman idarəsinin diplomları,  Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı   rayon komitəsinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunub.

Keçidlər