Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunun ərazisində tut tinglərinin əkininə başlanılıb

22 noyabr 2017 | 11:00

 Baramaçılığın  inkişaf etdirilməsi üçün    2016-cı ildə Ağsu rayonunda Çindən gətirilən 30 min ədəd tut tingi əkilib.
  Yeni  tut bağlarının salınması və mövcud  bağların bərpası üçün görülən işlər müvəffəqiyyətlə davam edir.  Bu  məqsədlə cari ilin sonunadək rayona Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə daha 40 min ədəd tingin gətiriləcəyi nəzərdə tutulub.

 İndiyədək 15 min ədəd ting   gətirilib və 11 ərazi dairəsi arasında bölünüb. Baramaçılığın ənənəvi sahə olduğu ərazilərdə, o cümlədən Qaraqoyunlu, Rəhimli, Bozavand, Ərəbuşağı və bir sıra digər kənd inzibati ərazi dairələrində  ting əkininə mütəxəssislərin nəzarəti ilə  mütəşəkkil hazırlıqla başlanılıb.

Keçidlər