Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunda “Azərbaycan İntellektual Birincisi” layihəsinin regional turniri keçirilib

11 noyabr 2017 | 11:00

Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə noyabrın 11-də İsmayıllı rayonunda  “Azərbaycan İntellektual Birincisi” layihəsinin regional turniri keçirilib. Özündə 4 oyunu (“Xəmsə” Milli İntellektual Oyunu, “Nə? Harada? Nə zaman?” , “Axtar tap (Kod da Vinçi)” və “Vətəni tanı”) birləşdirən Layihənin əsas məqsədi gəncləri intellektual fəaliyyətə cəlb etmək, onların bu sahədə bilik və bacarıqlarını artırmaq, mövcud intellektual bazalarını genişləndirməkdir.
  Turnirdə iştirak edən Ağsu rayon komandası “Nə? Harada? Nə zaman?”, “Vətəni tanı” oyunları üzrə II yerə, “Xəmsə” Milli İntellektual və “Axtar tap (Kod da Vinçi)” oyunları üzrə isə III yerə layiq görülərək diplomlara təltif olunmuşdur.

Keçidlər