Şriftin ölçüsü :

Saytın rəngi :

Konstitusiya Günü münasibətilə məktəblilər arasında şahmat idman növü üzrə rayon birinciliyi keçirilmişdir

10 noyabr 2017 | 11:00

 12 Noyabr-Konstitusiya Günü münasibətilə məktəblilər arasında şahmat idman növü üzrə rayon birinciliyi keçirilmişdir.  Birincilik  rayon Gənclər və İdman İdarəsinin,   Təhsil şöbəsinin və   Uşaq-Gənlər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə baş tutmuşdur.
   Noyabrın  9-da Uşaq-Gənlər İdman - Şahmat Məktəbində başlayan və 2 gün davam edən  yarışda  10 yaşadək olan qrupda 32 nəfər, 16 yaşadək olan qrupda isə 24 nəfər olmaqla iştirakçılar  mübarizə aparmışlar.
   Yarışın keçirilməsində məqsəd   həm də  məktəblilər arasında dostluq əlaqələrini genişləndirmək və şahmatçıların təsnifat dərəcələrini artırmaqdır.
   Yarış iştirakçıların sayına uyğun olaraq Olimpiya   sistemi üzrə (uduzan çıxdı) keçirilmişdir. Hər iki yaş qrupunda I, II və III yerlərə layiq görülən şahmatçılara  rayon Gənclər və İdman idarəsinin diplomları təqdim olunmuşdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər