Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar “ASAN xidmət” oktyabrın 23-dən etibarən Ağsu rayonunda iyirmi gün rayon sakinlərinə xidmət göstərəcək

24 oktyabr 2017 | 11:00

Ağsu şəhərində Azərbaycan küçəsində fəaliyyətə başlayan .“ASAN xidmət” oktyabrın 23-dən etibarən iyirmi gün rayon sakinlərinə xidmət göstərəcək. Fəaliyyətə başladığı birinci gün  125 nəfər ağsulu qurumun xidmətlərindən yararlanıb.
  Səyyar xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Göstərilən xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir. Həmçinin sakinlər daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınan hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışları, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışları və texniki pasportları da əldə edə bilərlər.
  Səyyar “ASAN xidmət”ə müraciət edən sakinlər funksional yardım xidmətlərindən də yararlanırlar. Bu xidmətlərə həm də qan qrupu barədə tibbi arayışların verilməsi daxildir.

Keçidlər