Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Müstəqilliyi Günü münasibətilə məktəblilər arasında şahmat idman növü üzrə rayon birinciliyi keçirilmişdir

14 oktyabr 2017 | 11:00

18 Oktyabr - Dövlət Müstəqilliyi Günü  münasibətilə oktyabrın 12-dən  14-dək   Ağsu rayon Gənclər və İdman İdarəsi,  rayon Təhsil şöbəsi və   Uşaq-Gənlər İdman-Şahmat Məktəbi tərəfindən birgə təşkil olunmuş  məktəblilər arasında şahmat idman növü üzrə rayon birinciliyi keçirilmişdir.
   Rayon  Uşaq - Gənlər İdman - Şahmat Məktəbində 3 gün davam edən yarışda əsasən 10 və 16 yaşadək olan məktəblilər iştirak etmişlər.  10 yaşadək olan qrupda 32 nəfər , 16 yaşadək olan qrupda isə 16 nəfər bacarıq və qabiliyyətlərini göstərmişlər.   Yarış iştirakçıların sayına uyğun olaraq dairəvi və Olimpiya üsulu ilə (uduzan çıxır) sistemi üzrə keçirilmişdir.  
   Hər iki yaş qrupunda I, II və III yerləri tutan  şahmatçılara Ağsu rayon Gənclər və İdman idarəsinin diplomları təqdim olunmuşdur.    Həvəsləndirmə  məqsədilə birincilikdə fərqlənən digər şahmatçılar  da   diplomlarla mükafatlandırılmışlar.

  

Keçidlər