Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatında aparılan islahatlar rayonda daha yüksək nəticələr əldə etməyə imkan verəcəkdir

11 oktyabr 2017 | 11:00

Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunda, o cümlədən kənd təsərrüfatında aparılan islahatlar ölkəmizdə iqtisadi yüksəlişə səbəb olub. Kənd təsərrüfatında doqquz ayda 2,8 faizlik artım biz fermerləri də sevindirir.
  Bu istiqamətdə görülən işlər nəticəsində aqrar sektorda dinamik inkişaf təmin olunub. Əldə olunan uğurlar, əlbəttə, fermerlərin də üzərinə böyük vəzifələr qoyur. Son illər rayonda pambıq əkinlərinin sahəsi genişləndirilir.  Pambıqçılığa göstərilən dövlət dəstəyi fermerlərin və torpaq mülkiyyətçilərinin  fəaliyyətini ildən-ilə genişləndirməyə imkan verir.
  Ərəbmehdibəy kənd sakini Hacağa Hüseynov bu il 300 hektarda pambıq yetişdirib. Hazırda məhsul yığımının qızğın çağıdır. Məhsulun hamısı pambıqyığan maşınlarla yığılacaq. Hazırda tarlalarda iki pambıqyığan maşın işləyir. Artıq 100 hektarın pambığı yığılıb.
  Fermer dövlətin onlara yaratdığı əlverişli şəraitdən bəhrələnərək gələn il əkin sahələrini azı 50 hektar artırmağı düşünür.

Keçidlər