Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu şəhərinin küçə və dalanlarına yeni asfalt örtük çəkilir

10 oktyabr 2017 | 11:00

Asfaltlaşdırma  işlərinə cari ilin ikinci rübündən başlanılıb. Artıq şəhərin 6 ən uzun küçəsinə və 2 dalana asfalt döşənib. Hazırda bu işlər N.Tağızadə, Koroğlu, A.Osmanov və M.Ə.Rəsulzadə küçələrində aparılır.
   Ümumiyyətlə, bu müddətdə küçə və dalanlara 28,1 min  kvadratmetr asfalt vurulub. İlin sonuna kimi daha 5,9 min kvadratmetrə asfalt salınacaq.
   Rayon mərkəzində küçə və dalanlara tamamilə asfalt döşənməsinin gələn ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulub.
    İşlər “ATF” MMC tərəfindən görülür.

Keçidlər