Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda kartof yığımı başa çatmışdır

05 oktyabr 2017 | 11:00

Kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət siyasətinin uğurla həyata keçirilməsi öz bəhrəsini verməkdədir. Rayonda kartofçuluğa maraq ildən-ilə artır. Təsadüfi deyildir ki, 2016-cı illə müqayisədə cari mövsümdə əkin sahələri 16 hektar artaraq 168 hektar təşkil etmişdir.     Torpaq mülkiyyətçiləri bu il sahələrdən ötən ildəkindən 140 ton çox məhsul yığmış və istehsalın həcmi  1370 tona çatmışdır.
  Kartofçuluq  rayonda qeyri-ənənəvi sahə hesab olunsa da   yerli bazarlarda kartofa tələbat çox olduğundan bu sahəyə maraq getdikcə artır. Son illər rayonun dağətəyi ərazilərində yerləşən Padar, Qaraqoyunlu, dağlıq ərazilər olan Kalva, Nuran, Gürcüvan və bir sıra digər yaşayış məntəqələrində sakinlər kartof əkini sahələrini artırmağa daha çox diqqət göstərirlər.

Keçidlər