Şriftin ölçüsü :

Saytın rəngi :

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd olunmuşdur

05 oktyabr 2017 | 11:00

 Tədbir   iştirakçıları öncə   Heydər parkında ümummilli liderin abidəsini ziyarət edərək  önünə gül dəstələri düzmüşlər.
  Uşaq Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, təhsil şöbəsinin müdiri Səftər Əlabbasov müəllimləri təbrik edərək onlara çətin və şərəfli peşələrində uğurlar arzulamışlar. Vurğulanıb ki, hazırda rayonda 18 ibtidai, 16 ümumi orta və 35 tam orta məktəbdə 8691 nəfər şagird oxuyur. Onların təlim-tərbiyəsi ilə 1046 nəfər müəllim məşğul olur. Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək rayon məktəblərinə 115 nəfər gənc müəllim gəlmişdir.
   Dövlət təhsil siyasətindən, həyata keçirilən təhsil islahatlarından, uğurlu nəticələrdən danışan natiqlər ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdikləri diqqət və qayğıdan bəhs ediblər. Diqqətə çatdırılıb ki, son 11 ildə Ağsuda 4478 şagird yerlik 22 yeni məktəb binası tikilmiş, 2 tam orta  məktəbdə əsaslı təmir işləri aparılmışdır. Hazırda Göydəlləkli kənd tam orta və Hacman kənd ibtidai məktəbləri üçün modul tipli binalar quraşdırılır.
   Bu günlərdə “Əməkdar Müəllim” adına layiq görülən Yaşar Qarayev, “Tərəqqi” medalı ilə təltif olunan Dilşad Abdullayeva çıxışlarında müəllim əməyinə verdiyi qiymətə, ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
   Tədbirin sonunda bir qrup müəllimə rayon icra hakimiyyətinin fəxri fərmanları verilmişdir.

 

 

 

 

 

Keçidlər