Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsulu gənclərin bir qrupu təntənəli şəkildə hərbi xidmətə yola salınıb

02 oktyabr 2017 | 11:00

Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq oktyabrın 2-də Ağsu şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında bir qrup çağırışçı gəncin hərbi xidmətə təntənəli yolasalma mərasimi keçirilib.
  Çağırışçı gənclər əvvəlcə Heydər  parkında  ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə çiçəklər qoyublar.
Sonra əsgər gedən gənclər Heydər Əliyev Mərkəzinə gəliblər. Burada onlara tərtib olunan stendlərdəki şəkillər əsasında Ulu Öndərin həyat və fəaliyyəti barədə geniş məlumat verilib.
  Heydər Əliyev Mərkəzinin qarşısında rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, valideynlərin iştirakı ilə təntənəli yolasalma mərasimi keçirilib.
  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin rəisi, mayor Nizami Heybətov çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yoldan, müasir, müstəqil ölkəmizdə Silahlı Qüvvələrin formalaşmasında və güclənməsində ulu öndər Heydər Əliyevin, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xidmətlərindən danışıb.
  Mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, habelə veteranlar və valideynlər gənclərə vətənimizi, müstəqilliyimizi şərəflə qorumağı arzulayıblar.
  Tədbirdə 3 çağırışçı gəncə ad günü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin hədiyyələri təqdim olunub.
  Rayon musiqiçilərinin konserti ilə müşayiət olunan mərasimin sonunda gənclər marş sədaları altında Azərbaycan bayrağını öpərək yola düşüblər.

Keçidlər