Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsuda pambıq sahələrinin 1000 hektarı maşınlarla yığılacaq

20 sentyabr 2017 | 11:00

Cari  mövsümdə Ağsu rayonunda 2500 hektar pambıq yetişdirilib. Onun 1000 hektarında məhsul maşınlarla yığılacaq. Məhsul yığımına 4 pambıqyığan texnika cəlb olunub. Bunlardan 2-si “Ucar MKT”yə, 2-si isə “Ağsu kənd təsərrüfatı” MMC-yə məxsus sahələrdə işləyəcək.
  Sentyabrın 20-də rayonda pambıqyığan maşınlarla məhsul yığımına start verilib. Maşınla pambıq yığımı Ərəbmehdibəy kənd inzibati ərazi  dairəsinə   fermer Hacağa Hüseynova məxsus sahədən başlanıb. Fermer 300 hektarda pambıq yetişdirib ki, bunun da hamısı maşınlarla yığılacaq.

Keçidlər