Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində “Milli dəyərlərimiz tarixi soy kökümüzə bağlıdır” mövzusunda seminar keçirilmişdir

14 sentyabr 2017 | 11:00

   Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin yeniyetmə və gənclər arasında təbliğinə həsr olunmuş seminarı  Ümummilli Lider Heydər Əliyevin “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimiz əsasında tərbiyyə olunmalıdır” sözləri ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Azər Kərimli bildirdi ki, milli-mənəvi dəyərlərimiz xalqımızın simasında zaman-zaman yaşayıb və bizi başqa millətlərdən fərqləndirib.  Bu gün  dövlətin hər cür resurslardan səmərəli istifadə yolları ilə  formalaşdırmağa çalışdığı başlıca dəyərlər bunlardır: ədalətli olmaq,  ailə birliyinə önəm vermək, vətənsevərliyi aşılamaq, qanunlara hörmət, dinə hörmət, eyni zamanda tolerantlıq, çalışqanlıq, qonaqsevərlik, yardımsevərlik.
   Milli  dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.
      Heydər Əliyev Mərkəzinin əməkdaşı Ləman Abasovanın,  şəhər 3 saylı tam orta məktəbinin şagirdləri Aslan Gəraylının,ə Xəyal Abışovun və digərlərinin çıxışlarında vurğulandı ki,  milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.
   
    Müasir dövrdə ən aktual problemlərdən biri qloballaşma prosesi ilə milli adət-ənənələr arasında optimal nisbətin tapılmasıdır. Qloballaşma prosesi elm, texnika, texnologiya ilə ümumbəşəri dəyərlərlə yanaşı, milli kimliyi müəyyən edən mədəni-mənəvi amillərə də düşünülmüş şəkildə, ya da qərəzsiz - sirayət etməyə cəhd göstərir. Belə bir şəraitdə ilk növbədə nələri qorumaq lazım olduğunu ,məhz hansı məsələlərdə məqsədyönlü surətdə ənənələri saxlamaq, hansı yöndə isə yenilikləri qəbul edib tətbiqinə nail olmaq düşünülmüş konsepsiya tələb edir. Bunu qəlizləşdirən məqamlardan biri də Qarabağ probleminin sülh  yolu ilə həllinə çalışan Azərbaycan dövlətinin qarşısına atıla süni əngəllər, ikili standartlar, ölkənin hər sahədə sürətli inkişafına qısqanclıqdır.

   Onu da nəzərə almaq lazımdır ki, ölkəmiz iki əsrə yaxın çar Rusiyasının və Sovet İttifaqının tərkibində qalmaqla bir çox milli və dini adət-ənənələrimizin təzyiqlər altında saxlanılıb  və bu, şüurlara təsirsiz ötüşməyib. Müstəqillik əldə etdikdən sonra da dövlətimiz  müxtəlif təzyiq vasitələri ilə, ikili standartlarla üzləşməli olur.     Mövcud vəziyyət hər cür milli-mənəvi dəyərə sahib Azərbaycan xalqının səbrli, xarici və daxili hiylələrə uymamağı, vahid qüvvə kimi dövlətçiliyin tələbləri kontekstində birləşməyi tələb edir. Bu istiqamətdə hər bir Azərbaycan vətəndaşının üzərinə vəzifə düşür. 
     Sonda seminar iştirakçıları  milli-mənəvi dəyərlərin yeniyetmə və gənclər arasında daha geniş  təbliğ olunması məqsədilə məqsədilə belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini bildirdilər.

Keçidlər