Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsuda kino mövsümünün açılışı oldu

15 sentyabr 2017 | 11:00

   Sentyabrın 15-gə respublikamızda ilk dəfə kino mövsümünə start verilib. Bu münasibətlə rayonun Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
     Tədbiri açan İsmayıllı Regiomnal Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Cavanşir Şeydazadə dünyada və Azərbaycanda kino tarixindən,kinonun həyatımızda tutduğu yerdən danışdı. Vurğuladı ki, kino tarixi 1895-ci il dekabrın 28-də Parisdə Lümyer qardaşlarının çəkdiyi kinosüjetlərin nümayişindən başlanır. Elə həmin ildə də fransız əsilli kinooperator Aleksandr Mişon tərəfindən Azərbaycanda yerli mövzuda “Bibiheybətdə neft fontanı yanğını”, ”Qafqaz rəqsi”, ”Şəhər bağında xalq gəzintisi”, ”İlişdin” və ”Balaxanıda neft fontanı” kimi bir neçə sənədli kinosüjetlər çəkilib.
     Sonrakı illərdə çəkilmiş “Telefonçu qız”, ”Bizim Cəbiş müəllim”, ”Dəli Kür”, ”Babək”, ”Dədə Qorqud”, ”Nəsimi”, ”Tütək səsi” , ”Axırıncı aşırım” və digər kinolarda milli kolorit, mentalitet aparıcı yer tutmuşdur.
    Gələn il Milli kinomuzun 120 yaşı tamam olur. Bu yubileyə Mədəniyyət və Turizm Nazirliyi dövlət büdcəsindən ayrılmış vəsait hesabına 44 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 208 sənədli, 22 cizgi filmi və “Mozalan” kinojurnalının 18 buraxılışı ilə gəlir.
      Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Tacızadə vurğuladı ki,kino mövsümü ilə əlaqədar hər həftənin I, III və V günləri saat 15.00-da Mərkəzdə kino nümayişi olacaq. İlin sonuna kimi kinolara baxış pulsuz olmaqla rayon əhalisinin asudə vaxtının səmərəli keçməsinə xidmət edəcək. Növbəti il kino nümayişi pullu olacaq.
    Bugünkü tədbir 2012-ci ildə Aqil Abbasın eyni adlı romanı əsasında çəkilmiş və Qarabağ müharibəsinə həsr olunmuş “Dolu” kino-filminin numayişi ilə başladı. Filmin ssenari müəllifi Aqil Abbas, bəstəkarı Polad Bülbüloğlu,quruluşçu rejissoru Elxan Cəfərovdur.

Keçidlər