Şriftin ölçüsü :

Saytın rəngi :

Bilik günü rayonda təntənəli mərasimlərlə qeyd olunub

15 sentyabr 2017 | 11:00

 Bilik günü Ağsu rayonunun bütün ümumtəhsil məktəblərində, o cümlədən ən yaşlı təhsil ocağı olan şəhər 3 nömrəli tam orta məktəbdə təntənəli mərasimlə qeyd olunub.
  Rayon  rəhbərliyinin, valideynlərin qatıldığı tədbiri açan məktəbin direktoru Leyla Rüstəmzadə qazanılan uğurlardan danışıb. Vurğulanıb ki, hazırda məktəbdə çalışan pedaqoji kollektivin 50 faizdən çoxu təhsil ocağının öz məzunlarıdır. Bu il ali məktəblərə sənəd verən 17 məzunun 11-i tələbə adını qazanıb. Son 3 ildə 55 məzun ali məktəblərə daxil olub. Məktəb direktoru bildirib ki, builki dərs ilində 920 şagird təhsil alacaq ki, onların təlim-tərbiyəsi ilə də 63 nəfərdən ibarət pedaqoji kollektiv məşğul olacaq. Məktəblilər bütünlüklə pulsuz dərsliklərlə təmin olunublar.
  Çıxış edən valideynlər, məktəblilər ölkəmizdə təhsildə qazanılan uğurlara və yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxışında yeni dərs ili münasibətilə şagird və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb. Vurğulayıb ki, Azərbaycanda həyata keçirilən təhsil islahatları, bu sahəyə göstərilən dövlət qayğısı öz bəhrəsini verməkdədir. Təsadüfi deyil ki, son illər rayonda 10-dan çox yeni məktəb binası tikilib.
  Mərasim məktəblilərin ifasında mahnı və rəqslərlə müşayiət olunub.
Sonda ilk zəng çalınıb. İlk dərs “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər