Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsuda pambıq yığımına 1500 nəfərdən çox işçi qüvvəsi cəlb olunub

14 sentyabr 2017 | 11:00

Ağsu rayonunun pambıqçıları cari mövsümdə tarlalarda bol məhsul yetişdiriblər və hazırda hər yerdə yığım sürətlə davam etdirilir.
  Rayon rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində yığım kampaniyasına 1500 nəfərdən çox işçi qüvvəsi cəlb edilib. Az vaxt ərzində  400 tonadək pambıq yığılıb. Toplanan məhsul qurudularaq qəbul məntəqələrinə təhvil verilir.
   Bu mühüm strateji sahənin inkişafına göstərilən dövlət dəstəyi bölgədə öz müsbət nəticəsini verir. Cari mövsümdə Ağsuda 2500 hektarda pambıq yetişdirilib ki, bu göstərici ötən ildəkindən iki dəfə çoxdur. Rayonun bir sıra ərazilərində, o cümlədən Çaparlı, Bozavand, Ərəbuşağı və digər ərazi vahidlərində daha çox “ağ qızıl” yetişdirilib və sahələrdən bol məhsul götürülür.
   Mütəxəssislər bu il rayonda 5500 tondan çox pambıq tədarük olunacağını proqnozlaşdırırlar.

Keçidlər