Şriftin ölçüsü :

Saytın rəngi :

Müqəddəs Qurban Bayramı münasibəti ilə tədbir keçirilmişdir

31 avqust 2017 | 11:00

Ağsu rayonunda Qurban Bayramı münasibəti ilə tədbir keçirilmişdir. Rayonda yaşayan şəhid ailələrinə və  Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 1100-dən çox ailəyə qurban payları paylanılmışdır.
      Müqəddəs Qurban Bayramı münasibətilə rayonda ümumi çəkisi  2,2 tona yaxın iri və xırda buynuzlu heyvanlar kəsilmişdir. Rayon  sakinləri onlara göstərilən maddi və mənəvi dəstəyə görə ölkə rəhbəri möhtərəm prezidentimiz İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər