Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunun nümayəndəsi Qəbələdə keçirilən V Beynəlxalq Mürəbbə Festivalında mükafata layiq görülüblər

27 avqust 2017 | 11:00

Avqustun 26-da Qəbələ şəhərində V Beynəlxalq Mürəbbə Festivalı keçirilib. Qəbələ rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə keçirilən festivalda Ağsu rayonunun nümayəndəsi Orucova Mehriban Əhliman qızı   ərik mürəbbəsi növü üzrə ikinci yer üçün təsis edilən diplom, gümüş medal və xüsusi kubokla mükafatlandırılıb.  
     Qəbələ şəhərindəki “Qafqaz Karvansaray” otelinin qarşısındakı parkda keçirilən beynəlxalq tədbirdə 22 ölkənin (Türkiyə, Almaniya, Belarus, Böyük Britaniya, Gürcüstan, Xorvatiya, İran, Qırğızıstan, Livan, Malayziya, Meksika, Moldova, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Şimali Kipr və Çin) şirniyyatçıları, eləcə də Azərbaycanın 44 şəhər və rayonunu təmsil edən mürəbbə ustaları öz məhsullarını nümayiş etdiriblər.

Keçidlər