Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatı Ağsu rayon şöbəsinin IX Konfransı keçirilmişdir

05 sentyabr 2017 | 11:00

Tədbir iştirakçıları öncə Heydər parkında Ulu öndərin abidəsini ziyarət edərək gül-çiçək dəstələri qoymuşlar. Heydər Əliyev Mərkəzində keçirilən Konfransda Ağsu rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov, Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rayon təşkilatının  əməkdaşları, rayon ağsaqqalları, idarə, müəssisə və təşkilat nümayəndələri iştirak etmişlər.
  Azərbaycanın Dövlət  himni səsləndirildikdən sonra Ağsu rayon Veteranlar  təşkilatının 2012-2017-ci illərdə  görülmüş  işlər  barədə     Təşkilat  sədrinin  və  Təftiş komissiyasının hesabatları dinlənilmişdir. Əmək  veteranları Yaşar Qarayev, Maarif Şikar və Cavan Cavadov çıxış edərək təşkilatın gördüyü işləri yüksək qiymətləndirmişlər.   
   Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatı   sədrinin müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxışında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan ordu quruculuğu prosesinin uğurla davam etdirildiyini, ordumuzun güclü olduğunu və düşmən işğalı altında olan   ərazilərimizi azad etməyə,   ərazi bütövlüyümüzü bərpa etməyə tam qadir olduğunu bildirmişdir.
   C.Xəlilov qeyd etmişdir ki, ötən il aprelin 2-dən 5-dək cəbhə xəttində baş verənlər ordumuzun gücünü və döyüş əzmini bir daha təsdiq etmişdir.  Sədr  müavini   birmənalı şəkildə vurğulamışdır ki,   möhtərəm prezidentimiz,  Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Azərbaycan torpaqlarının tamamilə azad ediləcəyi gün  uzaqda deyildir. 
   Ağsu rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov  rayon icra hakimiyyəti başçısı Ənvər Seyidəliyevin konfrans iştirakçılarına salamını çatdıraraq    yeni seçiləcək plenum üzvlərinə uğurlar arzulamışdır.
  Azərbaycanda müasir ordu quruculuğuna 1993-cü ildə Ulu öndərin yenidən hakimiyyətə qayıtması ilə başlanmışdır. Bu dövrdən etibarən ölkədəki silahlı birləşmələr dövlətin tam nəzarətinə keçmiş, silahlı qüvvələrin təşkili istiqamətində mühüm addımlar atılmışdır.  Heydər Əliyevin sovet dövründə milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirdiyini nəzərə çatdıran R.Novruzov  bu məqsədlə Cəmşid Naxçıvanski adına hərbi liseyinin yaradılmasında ümummilli liderin böyük rolu olduğunu bildirmişdir.
   Konfransda   rayon veteranlar təşkilatının 31 nəfərdən ibarət plenum üzvləri və 3 nəfərdən ibarət təftiş komissiyasının yeni tərkibi seçilərək təsdiq edilmişdir.
   Sonda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rəyasət Heyəti adından Ağsu rayon şöbəsinin sədri Camaləddin Zeynalov “Həzi Aslanov” medalı təqdim olunmuşdur.  Rayon  İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi  müdirinin müavini Mirqubat Orucov veteranlara göstərilən xidmətlərə görə “Veteran Həmrəyliyi” medalı ilə, rayon veteranlar təşkilatının nəzdində fəaliyyət göstərən daimi komissiyanın sədri Nurulla Nuruyev  gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsində xidmətə görə Fəxri Fərmanla təltif olunmuşlar.

Keçidlər