Şriftin ölçüsü :

Saytın rəngi :

“Əmək Yarmarkası” keçirilmişdir

24 avqust 2017 | 11:00

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin qrafikinə uyğun olaraq   rayonda növbəti “Əmək Yarmarkası” keçirilmişdir. Yarmarkanın keçirilməsində əsas məqsəd işəgötürənlərlə işsiz və işaxtaran vətəndaşların bilavasitə qarşılıqlı ünsiyyətinin təşkil edilməsi və bununlada işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verə bilən ixtisaslı, peşəkar, təcürbəli kadr seçiminə geniş imkanlar yaratmaq, eyni zamanda işziz və işaxtaran vətəndaşların mövcud vakant iş yerləri haqında məlumat almalarına və layiqli işlə təmin olunmalarına köməklik göstərilməsini təşkil etməkdir.
     Rayon Mədəniyyət Sarayının foyesində təşkil olunan Yarmarkada Ağsu regional Qaz İstismar İdarəsi, “Az-Granata” MMC-nin Şirə və şərab emalı zavodu, Suvarma Sistemləri İdarısi,   Mərkəzi xəstəxana, Kənd Təsərrüfatı İdarəsi, Gigiyena və Epidemiologiya Mərkəzi   kimi işəgötürənlər 228  vakansiya ilə iştirak etmişlər.   Vakant iş yerlərindən 189-u  dövlət, 24-ü qeyri-dövlət, 15-i isə fiziki şəxslər tərəfindən təklif olunmuşdur.  Boş iş yerlərindən 39-u fəhlə,176-sı qulluqçu,13-ü isə xidmət sahələri üzrədir.
    Təqdim  olunmuş iş yerlərində əmək haqqı 125-300 manat arası olmuşdur. Məşğulluq Mərkəzində qeydiyyatda olan   işaxtaranlar tədbirə dəvət edilmiş, onların işəgötürənlərlə görüşüb işə düzəlməsi üçün tam şərait yaradılmışdır. Vətəndaşlara boş iş yerləri haqqında ətraflı məlumat verilmişdir. Tədbir zamanı  işaxtaran vətəndaşlara müxtəlif istiqamətlər üzrə fərdi məsləhətlər də verilmişdir.
     Tədbirin ilkin nəticəsi olaraq    41  nəfər işaxtarana   göndəriş verilmişdir.

Keçidlər