Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon icra hakimiyyəti başçısının müavininə “Dövlət qulluğunda fərqlənməyə görə” medalın vəsiqəsi və döş nişanı təqdim edilmişdir

22 avqust 2017 | 11:00

  Ağsu rayon icra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mikayılov İqbal Şahbaba oğlu dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 21 iyun 2017-ci il tarixli 3015 saylı Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
     Bununla bağlı avqustun 22-də rayon icra hakimiyyətinin Akt zalında  toplantı olmuşdur. Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı  Ənvər Seyidəliyev  İqbal Mikayılovun   fəaliyyətindən danışmış və rayonun sosial-iqtisadi inkişafında qazanılan  bugünki uğurlarda onun böyük əməyinin olduğunu vurğulamışdir. Qeyd edilmişdir ki, daim öz üzərində çalışan İ.Mikayılov  qarşısına qoyulan vəzifə və funksiyaları həmişə yüksək səviyyədə icra etmişdir. Fəaliyyətinin dövlət tərəfindən layiqincə qiymətləndirildiyini diqqətə çatdıran başçı “Dövlət qulluğunda fərqlənməyə görə” medalın vəsiqəsini və döş nişanını İqbal Mikayılova  təqdim etmişdir.
     Əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirən başçının müavini İ.Mikayılov  bu mükafatın ümumilikdə, rayon icra hakimiyyətinin  fəaliyyətinə verilən qiymət olduğunu qeyd etmişdir. Bu təltifi həm də böyük etimad və məsuliyyət kimi qəbul edən İ.Mikayılov  bundan sonrakı fəaliyyətində də ona göstərilən etimadı doğruldacağını vurğulamışdır.

 

 

 

 

Keçidlər