Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 2017-ci ilin birinci yarısına yekun vuruldu

25 iyul 2017 | 11:00

Ağsu Rayon İcra Hakimiyyətinin akt zalında 2017-ciı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev ölkə başçısı İlham Əliyevin sədirliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclası ilə bağlı ətraflı məlumat vermişdir.
Sonra Ağsu rayon İcra Hakimiyyəti baçısının müavini İqbal Mikayılov cari ilin altı ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edərək  iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatının, aqrar sektorda aparılan islahatların, ixracyönümlü məhsulların, o cümlədən baramaçılığın və pambıqçılığın inkişafına göstərilən dövlət qayğısından danışaraq rayonda cari mövsümdə 2660 qram ipəkqurdu toxumundan 5491 kiloqram məhsul istehsal olunaraq “Şəki-İpək” ASC-yə təhvil verildiyini, hazırda rayonda 2500 hektarda pambıq yetişdirildiyini qeyd etmişdir.
Bu il 33 min 925 hektar sahədə taxıl yetişdirilib, 72 min 179 ton məhsul istehsal olunub. Hər hektara görə məhsuldarlıq buğda zəmilərində 24 sentner, arpa zəmilərində isə 21,9 sentner olub.
Məruzə və çıxışlarda tikinti-quraşdırma işləri sahəsində görülən işlərdən bəhs edilərək bildirilib ki, hesabat dövründə “Az-Qranata” MMC üçün yeni şərab süzmə sexi və soyuducu anbarın, şəhərin kanalizasiya sisteminin təmizləmə qurğusunun, “Süsən Aqro” MMC üçün Gəgəli qışlağı adlanan ərazidə kənd təsərrüfatı məhsulları istehsalı kompleksinin tikintisi, Qarabağ əlilləri üçün hər biri üç otaqdan ibarət 13 evin inşası davam etdirilib. Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunda yenidənqurma işləri başa çatmaq üzrədir.
Hesabat yığıncağında əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə normal təchizatı ilə bağlı görülən işlər, təhsil, səhiyyə, mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, habelə qarşıda duran vəzifələr geniş müzakirə olunub.

Keçidlər