Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında mühazirələri təşkil olunub.

07 iyun 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Ağsu rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Bakı Dövlət Universitetinin professoru Əmir Əliyevin “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında mühazirələri təşkil olunub.

Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti və Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə RİH başçısı Ənvər Seyidəliyev ümummilli lider Heydər Əliyevin səyi nəticəsində Azərbaycanda yaranan siyasi stabillik, xalqın dövlətə inamı, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, ulu öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətlərinin mahiyyətinin çatdırılması üçün fondun apardığı maarifləndirici mühazirələrin əhəmiyyətindən bəhs edib. Fondun mühazirəçisi Gündüz İsmayılov müasir Azərbaycan tarixində, dövlətçiliyimizin qorunub saxlanmasında və Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında ümummilli liderin xidmətləri barədə ətraflı məlumat verərək, Heydər Əliyev irsinin gənclər tərəfindən öyrənilməsinin zəruriliyini vurğulayıb.

Ağsunun Çiyni kənd mədəniyyət evində “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzusunda növbəti mühazirə keçirilib. Mühazirəçi Əmir Əliyev ölkə başçısının yürütdüyü daxili və xarici siyasətdən, yerli sənaye və kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən tədbirlərdən, ölkədə keçirilən beynəlxalq miqyaslı tədbirlərin əhəmiyyətindən ətraflı bəhs edib.

Keçidlər