Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika Günü təntənəli şəkildə qeyd olunub

26 may 2017 | 11:00

Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində Ulu Öndərin adını daşıyan parkda müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə çiçəklər qoyublar.

Heydər Əliyev Mərkəzində keçirilən təntənəli yığıncaq dövlət himninin səsləndirilməsi ilə başlayıb. Məktəblilər Respublika Gününə həsr olunan şeirlər söyləyiblər.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxış edərək 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın milli oyanışının məntiqi nəticəsi olduğunu, qısa zamanda böyük işlər görüldüyünü və həmin dövrdə milli dövlətçilik atributları yaradılıb və digər böyük nailiyyətlər əldə olunduğunu bildirmişdir.

Çıxışda 1918-ci ildə qəbul edilən üç rəngli bayrağımızın 71 il sonra yenidən dalğalandığı, ulu öndər Heydər Əliyevin memarı olduğu və Prezident İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə regionun ən qüdrətli dövlətinə çevrilən müasir, müstəqil Azərbaycanın uğurlarından danışıblar.

Rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva “Şərqdə ilk parlamentli respublika” mövzusunda məruzəsi dinlənilib. Məruzədə 1918-ci ildə müsəlman Şərqində ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi nailiyyətlərindən danışaraq, ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan ulu öndər Heydər Əliyevin iradəsi və müdrik uzaqgörənliyi sayəsində böyük inkişaf yolu keçərək ümummilli lider tərəfindən qoyulan inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini qeyd etmişdir.
Daha sonra rayon mədəniyyət sarayında bayram konserti keçirilib.

Keçidlər