Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Tour d’ Azerbaidjan-2017” beynəlxalq velosiped yarışının 4-cü mərhələsinə start verilib.

06 may 2017 | 11:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Tour d’ Azerbaidjan-2017” beynəlxalq velosiped yarışının 4-cü mərhələsinə Qəbələ rayonundan start verilmişdir. 18 ölkədən 22 komanda iştirakçıları Qəbələ-Ağsu-Pirqulu marşurutu üzrə M. Ə. Rəsulzadə, Vidadi  küçələri və bayraq meydanından keçərək Ağsu dolayları ilə hərəkət etmişlər. Əvvəlki illərdən fərqli olaraq bu il turun 4-cü mərhələsinə Ağsu dolaylarının əlavə edilməsi yarışa olan marağı daha da artırıb.
İdmançılar Qəbələ-Ağsu-Pirqulu marşurutu üzrə (164 km) məsafə qət etmişlər. Rayon sakinləri bütün marşurut  istiqamətində küçələrə çıxaraq idmançılara dəstək olmuşlar.

Keçidlər