Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsuda IX ənənəvi Kitab Bayramı keçirilib.

04 may 2017 | 11:00

    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş IX ənənəvi Kitab bayramı  keçirilib.
Rayon İcra hakimiyyətinin başçısının müavini Sevil Mirzəliyeva və Ismayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin Ağsu rayonu üzrə baş məsləhətçisi Cavanşir Şeydazadə ümummilli lider Heydər Əliyevin zəngin bilik mənbəyi olan kitab haqqında söylədiyi fikirləri yüksək qiymətləndirərək, hər bir insanın həyatda mövqe qazanmasında kitabların oynadığı əhəmiyyətli roldan danışıb. Tədbir iştirakçıları  Ulu öndərin zəngin və mənalı ömür yolunu əks etdirən kitab sərgisi ilə tanış olublar.
Sonda rayon Mədəniyyət Evinin kollektivi musiqi proqramı ilə çıxış etmiş, məktəblilər ulu öndərə həsr olunmuş şerlər söyləyiblər. Tədbir iştirakçılarına kitab və jurnallar hədiyyə olunub.

 

Keçidlər