Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda əhalinin kütləvi pulsuz tibbi müayinə aksiyası müvəffəqiyyətlə davam edir.

25 aprel 2017 | 11:00

Ağsu rayonunda əhalinin kütləvi pulsuz tibbi müayinəsi ilə əlaqədar fevralın 15-dən başlanan aksiya müvəffəqiyyətlə davam edir.
  Prezident İlham Əliyevin tapşırığına əsasən reallaşan bu humanist aksiya çərçivəsində 18 yaşdan yuxarı 54 114 nəfər tibbi müayinədən keçiriləcək. Artıq indiyədək 44 910 nəfər aksiyadan yararlanıb. Onlardan 5 111 nəfər ambulator, 239 nəfər stasionar müalicəyə cəlb edilib. 45 nəfərdə cərrahi əməliyyat aparılıb, 109 nəfər isə daha ətraflı müayinə və müalicə üçün Bakı şəhərinə göndərilib.
   Əhalinin kütləvi tibbi müayinəsi rayon mərkəzi xəstəxanasında və 10 həkim məntəqəsində aparılır. Xüsusi həkim briqadası müayinəyə gələ bilməyən yaşlı insanlara evlərində xidmət göstərir.

Keçidlər