Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşlərində Şəhid olmuş Toğrul Fərəczadənin ömür yolundan bəhs edən “Daş heykəlin nağılı” kitabının təqdimatı keçirilib.

01 aprel 2017 | 11:00

Ağsuda müasir Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılmış aprel döyüşlərində şəhid olan Toğrul Fərəczadənin ömür yolundan bəhs edən “Daş heykəlin nağılı” kitabının təqdimatı keçirilib.
Təqdimat mərasimində rayon rəhbərləri, şəhidin yaxınları, doğulub boya-başa çatdığı Bico kəndinin ağsaqqalları, məktəb və döyüş yoldaşları iştirak ediblər.
Rayon İcra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Təhsil şöbəsinin müdiri     Tahir Xasi, aktyor Əli Nur və başqaları çıxış edərək Azərbaycan əsgərlərinin aprel döyüşlərində göstərdiyi şücaətdən, erməni qəsbkarlarına sarsıdıcı zərbə endirildiyindən danışıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun torpaqlarımızı azad etmək əzmində olduğunu bildiriblər.
Şəhidin doğmaları və yaxınları, müəllimləri, dostları və döyüş yoldaşları onunla bağlı xatirələrini bölüşüblər. Vurğulanıb ki, bu tarixi döyüşlərdə şəhid olanların,                       o cümlədən, Toğrul Fərəczadənin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Çıxış edənlər ağsulu şəhidin ömür yolundan bəhs edən kitabın ərsəyə gətirilməsinə görə müəllif Rəfiqə Rafiqızına təşəkkürlərini bildirib, belə əsərlərin gənclərin vətənpərvərlik tərbiyəsindəki əhəmiyyətindən danışıblar.
Şəhidin ailə albomundan götürülən, ömrünün müxtəlif anlarını əks etdirən fotoşəkillərin də geniş yer aldığı kitabın müəllifi təqdimat mərasiminin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib, bunun şəhidlərimizin xatirəsinə böyük ehtiramın təzahürü olduğunu söyləyib.

Keçidlər