Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsuda 31 Mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən yığıncaq olub

31 mart 2017 | 11:00

Rayon  icra hakimiyyətində keçirilən yığıncaqda xalqımıza qarşı zaman-zaman törədilən qətlyamlar, bu qətlyamları törədənlər barədə konkret tarixi faktlar bir daha diqqətə çatdırılıb. Vurğulanıb ki, 1828-ci il martın 21-də rus imperatoru birinci Nikolayın İrəvan və Naxçıvan xanlıqlarının əraziləri hesabına “Erməni vilayəti” yaradılması barədə fərmanı bu yerlərə köçürülən ermənilərin yerli sakinlər olan azərbaycanlılar üçün gələcək dəhşətli günlərin əsasını qoyub. Xüsusilə XX əsrin əvvəllərindən etibarən ermənilər xalqımıza qarşı planlı surətdə etnik təmizləmə aparıb və bu zaman kütləvi qətlyamlar törədiblər. Təkcə 1918-ci ilin mart-aprel aylarında Stepan Şaumyanın rəhbərliyi ilə həyat keçirilən növbəti qətlyamlarda Ağsu ərazinin də daxil olduğu Şamaxı qəzasında 86 kənd dağıdılaraq insanlar kütləvi surətdə, vəhşicəsinə öldürülüblər. Xocalı soyqırımı erməni vəhşiliklərinin növbəti mərhələsi olub.
    Çıxışlarda ədalətin, haqq işinin gec-tez öz yerini tutacağı vurğulanıb, bu gün Prezident İlham Əliyevin gərgin və məqəsədyönlü fəaliyyətinin, uğurlu xarici siyasət xəttinin məhz bunu söyləməyə əsas verdiyi diqqətə çatdırılıb.
 Tədbirdə Stepan Şaumyanın, Andranikin və Lalayanın azərbaycanlılara qarşı kütləvi qətlyamlarla əlaqədar vəhşi planlarından və gördükləri işlərdən tarixi faktlara əsaslanan sənədli film göstərilib.

Keçidlər