Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı qeyd olunmuşdur

17 mart 2017 | 11:00

Xalqımızın ən əziz bayramı olan Novruz Ağsuda ümumxalq şənliyi kimi qeyd olunub. Heydər Parkında rayon sakinlərinin iştirakı ilə keçirilən bayram tədbirində rayon rəhbərliyi Novruzun gəlişi münasibətilə ağsuluları təbrik edib, onlara xoş bayram əhval-ruhiyyəsi, əmin-amanlıq arzuladı.   Ölkəmizdə milli mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və daha da inkişaf etdirilməsində ümummilli liderimiz Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərindən danışılıb. Bu bayramın respublikamızın hər bir guşəsində olduğu kimi, Ağsuda da böyük ruh yüksəkliyi ilə qeyd olunduğu bildirilib.
    Bayram tədbirində müxtəlif milli oyunlar, Novruz adətləri, milli xörəklər, şirniyyatlar nümayiş etdirilib. Gənc idmançıların çıxışları maraqla qarşılanıb.
    Sonra bayramsayağı bəzədilmiş meydanda bayram tonqalı alovlandırıldı. Bahar qızının gəlişi, kosa və keçəlin şən zarafatları və   rayonun bədii özfəaliyyət kollektivlərinin rəngarəng konsert proqramı iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Keçidlər