Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu məktəbliləri “Ölkəmizi tanıyaq” devizi altında keçirilən növbəti - 7-ci tur-aksiyaya qoşulmuşlar

16 mart 2017 | 11:00

Bu münasibətlə şəhərin mərkəzindəki Heydər parkında rayon rəhbərliyinin, valideynlərin, müəllimlərin iştirakı ilə təntənəli mərasim keçirilib. Məktəblilər və onları müşayiət edənlər əvvəlcə parkda Ulu Öndərin abidəsini ziyarət edib, önünə çiçəklər qoyublar.
  Yolasalma mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, valideyn Aydın Eyvazov və başqaları Prezident İlham Əliyevin tövsiyə və tapşırığı ilə artıq dördüncü ildir keçirilən tur-aksiyaların bu gün parta arxasında oturan, sabahın qurucuları olan məktəblilərin vətənpərvərlik tərbiyəsində, onlarda azərbaycançılıq ideologiyasının formalaşmasında əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, “Ölkəmizi tanıyaq” layihəsi vətənimizin tarixi, mədəni irsi, müasir həyatı, sosial-iqtisadi inkişafı, gündən-günə gözəlləşən, abadlaşan şəhər və rayonlarımızın yeni siması ilə daha yaxından tanış olmaq üçün gözəl imkan yaradır.
  Mərasimdə çıxış edən Muradlı kənd tam orta məktəbinin XI sinif şagirdi Səbinə Niftalıyeva deyib: “Etiraf edim ki, istər Lənkəran, istər Masallı, istərsə də Astaraya ilk dəfədir gedirəm. Bu şəhərlərlə, eləcə də Lənkəranda Hirkan Milli Parkı, çay plantasiyası və sitrus meyvə bağları, Həzi Aslanovun ev-muzeyi, Masallıda Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəmzləri Muzeyi, “ASAN həyat” kompleksi, Viləşçay su anbarı, Astarada Heydər Əliyev Mərkəzi, Gənclər mərkəzi, çay fabriki ilə əyani tanışlıq bizə çox bilgilər verəcək. Mən bütün səfər yoldaşlarım adından bizə bu imkanı yaratdığına görə Prezidentimizə minnətdarlığımı bildirirəm”.
 

Keçidlər