Şriftin ölçüsü :

Saytın rəngi :

Talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirilib

06 mart 2017 | 11:00

Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfiziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankı martın 6-da Ağsu rayonunda qanvermə aksiyası keçirib.
   Təşkilat şöbəsinin müdiri Gülarə Abbasova AZƏRTAC-a bildirib ki, qanvermə aksiyası talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün nəzərdə tutulub və bu tədbir respublikanın bütün şəhər və rayonlarını əhatə edəcək.
   Rayon mərkəzi xəstəxanasında təşkil olunan qanvermə aksiyasında idarə və təşkilatların, ictimaiyyətin nümayəndələri yüksək fəallıq nümayiş etdiriblər. Qan vermək üçün 350 nəfərdən çox rayon sakini müraciət edib. Hərtərəfli tibbi müayinədən sonra 150 nəfərdən qan götürülüb.

Keçidlər