Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətində anım tədbiri keçirilib

25 fevral 2017 | 11:00

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətində anım tədbiri keçirilib
  Tədbir  iştirakçıları əvvəlcə XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı qətliamına həsr edilən sənədli filmə baxıblar.
  Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, eləcə də məruzə ilə çıxış edən icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva bütövlükdə xalqımıza qarşı yönəldilən Xocalı soyqırımının öz qəddarlığı, qeyri-insani cəza üsulları ilə bəşər tarixində görünməmiş vəhşilik aktı olduğunu vurğulayıblar. Qeyd olunub ki, qətliam zamanı 613 nəfər xüsusi amansızlıqla və işgəncələrlə öldürülüb. Onların arasında 106 nəfər qadın, 63 nəfər uşaq, 70 nəfər qoca olub. 8 ailə tamamilə məhv edilib.
  Xocalı sakini Əmrah Məmmədov tədbirdə dəhşətli faciədə yaşananlardan danışıb.
  Çıxışlarda bu nahaq qanın yerdə qalmayacağı bildirilib.

Keçidlər