Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəb komandaları arasında voleybol üzrə rayon birinciliyi keçirilir

22 fevral 2017 | 11:00

Ağsuda məktəb komandaları arasında voleybol üzrə rayon birinciliyi keçirilir. Birincilik rayonun Abasxanlı kəndində anadan olan Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, şəhid Famil Məmmədlinin xatirəsinə həsr edilib.
  Fevralın  21-dən start götürən yarışlar rayon gənclər və idman idarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə şəhər 1 saylı tam orta məktəbin idman zalında təşkil olunub.
  Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmalarda 16 komanda iştirak edir.
İki gün davam edəcək qarşılaşmalarda I, II və III yeri tutan komandalar gənclər və idman idarəsinin və təhsil şöbəsinin diplom və medalları ilə təltif olunacaqlar.                    

Keçidlər