Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 78 min nəfərdən çox sakin pulsuz tibbi müayinədən faydalanacaq

16 fevral 2017 | 11:00

Prezident İlham Əliyevin tapşırığına əsasən, fevralın 15-dən respublikamızın hər yerində olduğu kimi, Ağsu rayonunda da əhalinin növbəti pulsuz kütləvi tibbi müayinəsinə başlanılıb. Dövlət   başçısının bu humanist təşəbbüsündən rayon üzrə 78 min nəfərdən çox sakin faydalanacaq.
  Müayinə rayon Mərkəzi və Kalva kənd sahə xəstəxanalarında, Ərəbmehdibəy, Bico, Növcü, Qaraqoyunlu, Kəndoba, Bozavand, Gəgəli, Padar, İlxıçı həkim məntəqələrində aparılır. Tibb məntəqələrində lazımi şərait yaradılıb. Təşkil edilən həkim briqadaları tibbi müayinəni tərtib olunan qrafik əsasında keçirirlər. Xüsusi səyyar briqada isə xəstəxana və həkim məntəqələrinə gəlmək imkanı olmayan ahıl və xəstə insanlara evlərində xidmət göstərir.
  Rayon üzrə kampaniyanın ilk günündə 650 nəfər, fevralın 16-da isə 912 nəfər, ümumilikdə, iki gündə 1562 nəfər tibbi müayinədən keçib. İki gündə 232 nəfər ambulator, 8 nəfər stasionar müalicəyə cəlb edilib. 6 nəfərə isə Bakı şəhərinə ixtisaslaşdırılan klinikalara göndəriş verilib.

Keçidlər