Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər Günü münasibətilə tədbir keçirilmişdir

02 fevral 2017 | 11:00

Fevralın 2-də səhər saatlarında bayramlarını qeyd etmək üçün Ağsu şəhərinin mərkəzindəki Heydər parkına toplaşan rayon gənclərinin böyük bir dəstəsi əvvəlcə burada müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə qərənfillər düzüblər.
  Ziyarətdən  sonra gənclər Heydər Əliyev Mərkəzinə gəliblər. Burada onlara Ümummilli Liderimizin həyat və fəaliyyəti ilə bağlı fotoşəkillər və sənədlər barədə ətraflı məlumat verilib, videoçarx nümayiş etdirilib.
  Gənclər Günü münasibətilə keçirilən təntənəli yığıncaqda məruzə ilə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Azər Kərimli, rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, YAP gənclər təşkilatının sədri Elnur Fərzəlizadə və başqaları dövlət gənclər siyasətindən, gənclərin bu gün ölkə həyatının bütün sferalarında oynadığı böyük roldan ətraflı danışıblar. Vurğulanıb ki, Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı Azərbaycan gənclərinin nəinki ölkədə, xaricdə də böyük nüfuz qazanmalarına səbəb olub. Ordu sıralarında, təhsildə və əməkdə, idman sahəsində gənclərimiz yüksək nailiyyətlər qazanırlar.
  Məruzə və çıxışlarda ağsulu gənclərin də rayon həyatındakı fəal rolundan, mədəni-kütləvi tədbirlərdə, idman sahəsində əldə etdikləri uğurlardan danışılıb. Vurğulanıb ki, ağsulu gənclər bundan sonra da Prezidentin ətrafında sıx birləşərək Azərbaycanın inkişafı naminə əllərindən gələni əsirgəməyəcəklər.
  Təntənəli yığıncaqda gənclər Prezident İlham Əliyevə müraciət qəbul ediblər.
  Sonda bir qrup fəal gəncə fəxri fərman və hədiyyələr təqdim olunub.

Keçidlər