Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsulular 20 Yanvar qurbanlarının xatirəsini anıblar

20 yanvar 2017 | 11:00

Minlərlə ağsulu yanvarın 20-də səhər saatlarında şəhərdəki Qəhrəmanlıq kompleksinə, oradan isə şəhid məzarlığına gələrək iyirmi yeddi il əvvəl sovet imperiyası hərbi hissələrinin Bakıda törətdiyi qətliamı yad ediblər. Qərənfillərlə örtülən xatirə kompleksi və şəhid məzarları insanların vətənin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda qurban gedənlərin xatirəsinə dərin ehtiramının təcəssümü idi.
    Izdihamlı  mərasimdəki çıxışlarda yanvarın 19-dan 20-nə keçən gecə dinc, əliyalın insanların, o cümlədən uşaqların, qadınların və qocaların gülləbaran edilmələrinin Azərbaycan tarixinin qanla yazılan səhifələrindən olduğu vurğulanıb.
  Qanlı faciəni bir daha yad edən çıxışçılar hələ o vaxt Moskvada ikən həyatını təhlükəyə qoyaraq bu hadisələrə ilk siyasi qiymət verən ulu öndər Heydər Əliyevin cəsarətli bəyanatından danışıblar. Bildiriblər ki, Ümummilli Liderimiz keçirdiyi mətbuat konfransında bu terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar adlandırıb.
  Həmin gün rayon mədəniyyət sarayında 20 Yanvara həsr edilən sənədli film göstərilib, “Şəhid ruhlar” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Keçidlər