Şriftin ölçüsü :

Saytın rəngi :

Padarqışlaq kəndinə təbii qaz verilib

21 dekabr 2016 | 11:00

Rayonda ən ucqar yaşayış məntəqələrindən olan, 1512 nəfər əhalinin yaşadığı Padarqışlaq kəndinə “mavi yanacaq” verilib. Rayon mərkəzindən 49 kilometr məsafədə yerləşən kəndin qazlaşdırılması üçün 21249 metr polad, 4968 metr polietilen borulardan istifadə olunub. Bütün evlər sayğaclaşdırılıb.

  Açılış  mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini İqbal Mikayılov qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə sakinləri təbrik edib, son illər respublikamızda, o cümlədən Ağsuda həyata keçirilən sosial layihələrdən danışıb.
  İ.Mikayılov dövlətimizin başçısının tapşırığı ilə bütün yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən ardıcıl tədbirlərdən bəhs edərək bildirib ki, təkcə son iki ildə Ağsuda 26 yaşayış məntəqəsi qazlaşdırılıb. Bu da ümumi abonentlərin 96 faizini təşkil edir.
  Sakinlər sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
  Sonda rəmzi məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.

Keçidlər