Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan məktəblilər arasında şahmat üzrə rayon birinciliyi keçirilib

08 dekabr 2016 | 11:00

Ağsuda ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan məktəblilər arasında şahmat üzrə rayon birinciliyi keçirilib.
  Yarışlar  rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə dörd yaş qrupunda - 8, 10, 12 və 16 yaşadək uşaqlar arasında keçirilib. İki gün davam edən yarışlarda 69 məktəbli iştirak edib.
  Ayrı-ayrı yaş qrupları üzrə qalib gələn məktəbli şahmatçılara diplom və pul mükafatları verilib.

Keçidlər