Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsuda Beynəlxalq Əlillər Günü qeyd edilib

03 dekabr 2016 | 11:00

Əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların maddi təminatının gücləndirilməsi bu gün dövlət siyasətinin əsas istiqamətlərindəndir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan bu siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Dövlət əlil vətəndaşların sağlamlıq, reabilitasiya, istirahət, texniki bərpa, ev və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını daim diqqətdə saxlayır.
  Bu  barədə dekabrın 3-də Ağsu şəhərindəki Veteranlar Klubunda Beynəlxalq Əlillər Günü münasibətilə çay süfrəsi arxasında keçirilən görüşdə danışılıb.
  Rayon icra hakimiyyəti aparatının məsul işçisi Mirqubat Orucov çıxışında vurğulayıb ki, bu gün Ağsuda 1575 nəfər sağlamlığını itirən əlil, o cümlədən 63 nəfər Qarabağ müharibəsi əlili, 9 nəfər İkinci Dünya müharibəsi əlili, 39 nəfər Çernobıl əlili, 7 nəfər Əfqanıstan əlili var. Respublikamızın hər yerində olduğu kimi, Ağsuda da onlar hərtərəfli qayğı ilə əhatə olunublar. Son illər təkcə Qarabağ müharibəsi əlilləri üçün 26, şəhid ailələri üçün 24 mənzil tikilib, 21 əlilə minik avtomobili verilib.
  Görüşdə çıxış edən əlillər Zaur Məcidov, Allahverdi Qənbərov və Əli Zamanov onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
  Sonda torpaqlarımızın müdafiəsi zamanı əlil olan 63 nəfərə maddi yardım verilib

Keçidlər