Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində bildirib ki, Amerika Birləşmiş Ştatları, Rusiya, Fransa Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq üçün mandatı olan Minsk qrupunun üç həmsədr ölkələridir. Xarici İşlər nazirlərinin bu üç paytaxtda görüşməsi təbiidir. ATƏT-in Minsk qrupu həmsədr ölkələrin vasitəçiliyi ilə görüşlər əvvəllər dəfələrlə olmuşdur. Moskvaya da səfər edilmişdir, orada da görüş olmuşdur. Əlbəttə ki, indi vəziyyət dəyişmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib. Bildirib ki, Azərbaycan öz tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində həmişə beynəlxalq hüquqa, münaqişənin dinc yolla həllinə sadiqliyə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanıb, həmin öhdəlikləri yerinə yetirməyə çalışır və hazırlaşır.
20 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət edib. Bildirib ki, Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib. O cümlədən: Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri; Cəbrayıl rayonunun Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng (Çinarlı) kəndləri, Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad olunublar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabr 17-də xalqa müraciətində bildirib ki, Ermənistanın faşist rəhbərliyinin hərbi cinayəti sivil dünyanın qəzəbinə səbəb olmalıdır. Gəncə və Mingəçevir şəhərlərinin raket atəşinə tutulması nəticəsində mülki əhali həlak olub, yaralanıb. Bütün sivil dünya qüvvələri rəsmi Yerevanın Azərbaycanda mülki əhaliyə qarşı insanlığa sıxışmayan əməllərin şahididir. Oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına verdiyi müsahibədə bildirib ki, Ermənistan döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açır. Bu birinci Qarabağ savaşında da müşahidə edilib. Xocalı soyqırımını törədən məhz həmin mənfur Ermənistandır. Bu, insanlığa qarşı cinayətdir, bir daha Ermənistanın yırtıcı xislətini göstərir. Ancaq belə namərd hücumlar Azərbaycanı yolundan döndərə bilməz, xalqımızın iradəsini qıra bilməz Azərbaycan ordusu heç zaman mülki şəxslərə qarşı atəş açmır, bu gün də açmırıq, baxmayaraq ki, Gəncəyə, Tərtərə hücumlar oldu.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupuna 15 oktyabr 2020-ci il tarixdə verdiyi müsahibədə bildirib ki, Ermənistan yeni əraziləri işğal etməyə hazırlaşırdı. Sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qalıb. Bu, son üç ay ərzində birinci hücum deyildi. İyul ayında dövlət sərhədində buna bənzər, lakin nisbətən kiçik miqyaslı hadisə baş vermişdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verərkən bildirmişdir ki, mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək Ermənistan üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görmüşdür. Münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək üçün Ermənistan ərazisindən Azərbaycan torpaqlarını, mülki şəxsləri atəşə tutur və cavab atəşinə təhrik edir. Ermənistanın terror aktı Azərbaycan xalqının iradəsini qıra bilməz.
Prezident cənab İlham Əliyev 12 oktyabr 2020-ci il tarixdə Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində bildirmişdir ki, Ermənistan hökumətinin beynəlxalq məsuliyyətsizliyi davam edir. Dünya görürki onlar Moskvada baş vermiş danışıqlara zidd hərəkətlər edirlər. Müvəqqəti xarakter daşıyan humanitar atəşkəs sülh sazişi deyil, humanitar məqsədli atəşkəsdir.
11 saat ərzində danışıqların davam etməsi prosesin mürəkkəb olduğunu və gərgin bir şəraitdə aparıldığını göstərir. Humanitar atəşkəs birinci mərhələdir. Hərbi əməliyyatlar gedişində dəyişilmiş status-kvo siyasi və diplomatik müstəviyə daşınmalıdır. Bu proseslər paralel şəkildə getməlidir ki, əldə edilmiş nailiyyətlər daha da gücləndirilsin. Artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir və bizə qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı başa düşdü.
Azərbaycan işğalçı ölkə deyil. Azərbaycanın gözü heç vaxt başqasının torpağında olmayıb, yalnız tarixən ona məxsus olan torpaqların geri qaytarılmasını istəyir. Mənasız danışıqlarda Azərbaycan iştirak etməyəcəkdir. Aparılan danışıqlar və onun formatı faktiki olaraq münaqişənin dondurulmasına xidmət edib. Sülhsevər xalqımız danışıqlara inanıb, diplomatik üsullara sadiq olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibədə bildirib ki, Ermənistan torpaqları həmişəlik işğal altında saxlamaqla status-kvonun dəyişməsini istəmir. Bu da münaqişənin bu qədər uzun çəkməsinin səbəbidir. Əgər Ermənistan iradə göstərsəydi və beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı.
Fransa Prezidenti Emmanuel Makronun sentyabrın 30-da Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı son hadisələrə dair verdiyi bəyanat münaqişənin həll edilməsi üçün yaradılan Minsk Qrupu həmsədri kimi ölkənin vasitəçilik missiyası ilə uyğun gəlmir, qərəzlidir, bölgə və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə xidmət etmir.
Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər. Görüş zamanı Ali Baş Komandan cənab İlham Əliyev bildirib ki, Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri və bir neçə yaşayış məntəqəsini işğaldan azad edib.
Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Azərbaycan təcavüzkara adekvat cavab verməyə və xalqımızı, torpağımızı müdafiə etməyə məcbur idi. Döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub. Fəal döyüş əməliyyatları aparılır.
Azərbaycan Respublikasının Prezidentİ cənab İlham Əliyevin qeydləri, bəyanatları, müsahibələri və yeni təcavüzdən bir neçə gün öncə BMT Baş Assambleyasında çıxışı Ermənistanın açıq-aşkar yeni müharibəyə hazırlaşdığı və dayandırılması barədə beynəlxalq ictimaiyyət üçün siqnal idi. Sentyabrın 27-də onlar müxtəlif istiqamətlərdən kəndlərə, hərbi mövqelərə hücum etməyə başladılar və iki gündə mülki şəxslər arasında itkilərimiz oldu.
Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair ölkədə fəaliyyət göstərən 52 siyasi partiyanın 50-nin birgə bəyanatı təkcə xalqla hökumətin həmrəyliyindən xəbər vermir, bu eyni zamanda Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasında Hərbi vəziyyətin elan olunması təkcə yüksək hərbi hazırlıqdan xəbər vermir, həm də xalq, dövlət və ordu birliyinə işarə, erməni təxribatlarına adekvat cavabdır. Yaşından və sosial statusundan asılı olmayaraq, minlərlə insanın könüllü kimi orduya yazılma faktı Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübut edir.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyata başlaması barədə qərar verilib.
Təhlükəsizlik Şurasının iclasında 27 sentyabr tarixində baş vermiş hadisələr fonunda Erməni siyasətinin faşist mahiyyəti bir daha xalqa açıqlandı və dünyaya göstərildi. Hadisələrin gedişatı onu göstərir ki, Ermənistanın 27 sentyabr tarixli hərbi əməliyyatı planlaşdırılmış təxribatdır. Bu səbəbdən də biz bütün ehtimal olunan ssenarilərə hazır olmalıyıq.
2008-ci ildə Ağsu şəhərinin Vidadi küçəsində quraşdırılmış, hündürlüyü 67 metr olan Dövlət Bayrağının metal dirəyi ötən müddət ərzində küləklər nəticəsində müxtəlif deformasiyalara uğramışdır.
Sakinlərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə keçən əsrin 50-ci illərində salınmış Mədəniyyət və İstirahət parkında abadlıq işləri aparılır.
Azərbaycan Respublikası 120 ölkənin yekdil qərarı ilə 2016-cı ildə Qoşulmama Hərəkatının sədri seçilmişdir. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində bildirmişdir ki, “Abşeron” qaz-kondensat yatağının işlənməsinin yeni mərhələsi ilə Azərbaycan öz neft-qaz strategiyasında mühüm hadisəyə imza atır.
Sovet İttifaqı rəhbərliyində Heydər Əliyev amili uzun illər ermənilərə separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar.
Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtın potensialı daha da güclənir. Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Xüsusilə yada salmalıyıq ki, bu ərazidə nələr olub, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev burada Kimya Sənaye Parkı yaradılması qərarı verəndə bu ərazi hansı vəziyyətdə idi.