Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Toğrul Fərəczadənin xatirəsi anılıb

10 noyabr 2016 | 11:00

Ağsu rayonunun Bico kəndində şəhid Toğrul Habil oğlu Fərəczadənin vaxtilə təhsil aldığı tam orta məktəbdə anadan olduğu gün münasibətilə anım mərasimi keçirilib.
  Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin əməkdaşları, rayon təhsil şöbəsinin işçiləri, kənd tam orta məktəbinin kollektivi, rayon ziyalıları, şəhidin yaxınları iştirak ediblər.
  Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla anılıb.
  Mərasimdə çıxış edənlər şəhid Toğrul Fərəczadənin vətən sevgisindən danışıb, yaxınlarına Allahdan səbir diləyiblər. Məktəblilərin ifasında şeirlər səsləndirilib, kompozisiya nümayiş etdirilib.
  Sonra şəhidlərin xatirəsinə dualar oxunub.
  Sonda iştirakçılar kənd qəbiristanlığına gələrək şəhidin məzarı üzərinə əklil və gül dəstələri qoyublar.

Keçidlər