Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq müəllimlər günü münasibətilə tədbir keçirilib

05 oktyabr 2016 | 11:00

5 oktyabr - Beynəlxalq müəllimlər günü münasibətilə  Ağsu şəhər Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində  keçirilən tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
  Bayram tədbirində rayon Təhsil şöbəsinin müdiri Tahir Xasi çıxış edərək rayonda  təhsilə, təhsil işçilərinə göstərilən yüksək diqqət və qayğıdan danışmışdır. Qeyd edilmişdir ki,    son illər 25 təhsil müəssisəsi tikilib və   əsaslı şəkildə yenidən qurulub, məktəblərdə müasir tədris şəraiti yaradılıb.  İstifadəyə  verilən məktəb binalarının müasir maddi-texniki baza ilə təmin olunması da təhsil sahəsinə göstərilən dövlət qayğısının mühüm tərkib hissəsidir. Ümumtəhsil məktəblərində   kompyuterlər internet şəbəkəsinə qoşulub. Yaradılan müasir şərait pedaqoji kollektivlərin işini xeyli asanlaşdırmaqla yanaşı  yeni təlim metodlarından istifadəyə də geniş imkanlar açıb.
  Ağsu  şəhər 1 saylı məktəb-liseyin direktoru  Sənan Nemətov  və Bico  kənd tam orta məktəbin direktoru Yaşar Qarayev müstəqillik dövründə  rayon təhsilinin inkişafında  yüksək peşəkarlığı ilə fərqlənən müəllimlərin sayının getdikcə artmasından söhbət açıblar. Başa çatan son tədris ilində  69 ümumtəhsil müəssisəsində  8457 nəfər şagird təhsilə cəlb olunmuş və  1067 nəfər müəllim tədris proseslərində çalışmışdır.
  Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva  rayonun ümumtəhsil məktəblərində çalışan müəllim kollektivini təbrik edərək təhsildə qazanılan uğurlardan danışıb.  Son  beş il ərzində tələbə adını qazananların    sayı   35 nəfərdən 106-ya    çatmış, yüksək nəticə göstərərək  ali məktəblərə qəbul olanların da sayında artım olmuşdur.  2014-cü ildə bir   məzun  ən yüksək nəticə - 700 bal toplamış,  iki məzun   isə tam orta təhsili “Qızıl medal”la başa vurub.
   Sonda  rayon təhsilinin inkişafında xidmətlərinə görə bir qrup müəllimə rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub

Keçidlər