Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda pambıqçılığın inkişaf perspektivlərinə həsr olunan müşavirə keçirilib

20 sentyabr 2016 | 11:00

Ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, fermerlərin, mütəxəssislərin iştirak etdikləri müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev diqqəti Prezident İlham Əliyevin sədrliyi ilə sentyabrın 17-də Sabirabadda keçirilən pambıqçılığın inkişafına dair respublika müşavirəsinin yekunlarına, müşavirədə dövlətimizin başçısının nitqində qarşıya qoyulan konkret vəzifələrə yönəldib.
 Sonra Ə.Seyidəliyev pambıqçılığın inkişafı ilə əlaqədar məruzə edib. Məruzədə, eləcə də rayon kənd təsərrüfatı idarəsinin rəisi Elxan Abdullayevin, fermerlər Vəli Mehralıyevin, Tofiq Alcanovun, Mirzə Həşimovun və başqalarının çıxışlarında Ağsuda pambıqçılığın inkişafı üçün potensial imkanların heç də az olmadığı bildirilib.
  Ötən əsrin 90-cı illərinin əvvəllərində bu sahənin diqqətdən kənarda qaldığını qeyd edən natiqlər Prezident İlham Əliyevin tövsiyə və tapşırığı ilə cari ildən pambıqçılığın inkişafı üçün ciddi tədbirlərin görüldüyünü diqqətə çatdırıblar. Artıq bu il 1092 hektar sahədə pambıq əkilib, hazırda yığım sürətlə və itkisiz davam etdirilir. Hər gün sahələrdə məhsul yığımına 450-500 işçi çıxır.
  Müşavirədə gələn il pambıq əkini sahələrinin 2500 hektara çatdırılmasının nəzərdə tutulduğu, bu məqsədlə artıq yararlı torpaq sahələrinin ayrıldığı, bu sahələrin əkinə hazırlanması üçün zəruri aqrotexniki tədbirlərin müəyyənləşdirildiyi vurğulanıb.

Keçidlər