Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 28 May Respublika Günü təntənəli surətdə qeyd olunub

26 may 2016 | 11:00

 28 May Respublika Gününün  təntənəli surətdə qeyd olunması ilə bağlı  rayon mədəniyyət sarayında keçirilən tədbirin iştirakçıları ilk öncə şəhərin mərkəzində müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edib, heykəlin önünə çiçəklər qoyublar.
 Təntənəli yığıncaqda Dövlət Himni səsləndirilib. Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev giriş nitqində gərgin və mürəkkəb bir şəraitdə yaradılan, cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin ən parlaq səhifələrindən biri olduğunu diqqətə çatdırıb.
İcra başçısının müavini Sevil Mirzəliyeva  tədbirdə “Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli oyanışının məntiqi yekunu idi” mövzusunda məruzə edib. Məruzəçi 1918-ci il mayın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın milli oyanışının məntiqi nəticəsi olduğunu bildirərək, qısa bir zamanda böyük işlər görüldüyünü, türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşdığını diqqətə çatdırıb. İlk dəfə olaraq qadınların seçim hüququnu tanınıb, milli ordu, milli pul, azad seçkilər, beynəlxalq əlaqələr, iqtisadi islahatlar və sair sahələrdə böyük nailiyyətlər əldə edilib.
   Məruzə və çıxışlarda qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli oyanışının məntiqi yekunu idi Xalq Cümhuriyyəti tərəfindən qəbul edilən üç rəngli bayrağımızın, nəhayət, yenidən dalğalandığı iftixarla bildirilib. Ulu öndərimiz Heydər Əliyevin memarı olduğu və Prezident İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə regionun ən qüdrətli dövlətinə çevrilən müasir, müstəqil  Azərbaycanın uğurlarından da danışılıb.
  Təntənəli yığıncaqda təhsildə və idmanda fərqlənən bir qrup gəncə rayon icra hakimiyyətinin mükafatları verilib.
   Axırda Respublika Gününə həsr olunan bayram konserti olub.

 

Keçidlər